Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən “Aqroservis” ASC-nin Saatlı rayon filialında dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınmasına dair növbəti maarifləndirmə tədbiri keçirilib.

Tədbir zamanı, əvvəlcə kənd təsərrüfatı texnikalarına və əraziyə baxış keçirilərək yanğına qarşı mövcud vəziyyət, o cümlədən ilkin yanğınsöndürmə vasitələri ilə təchizat səviyyəsi və həmin vasitələrin yararlılıq vəziyyəti öyrənilib.

Sonra DYNX-nin əməkdaşları yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verərək maarifləndirici söhbətlər aparıblar.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yevlax Dəmiryol stansiyasında yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 26 iyul 2021-ci il tarixində Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri keçirib. ...

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Masallı rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu