Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşları Ağdam rayon ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və ot biçini dövründə yanğın hadisələrinin qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə kənd təsərrüfatı texnikalarına, ot və taxıl məhsulları əkilmiş sahələrə baxış keçirilib, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti, yanğınsöndürmə vasitələrinin yararlılığı öyrənilib, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilərək yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yevlax Dəmiryol stansiyasında yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 26 iyul 2021-ci il tarixində Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri keçirib. ...

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Masallı rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu