Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin tədarükü ilə bağlı yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad rayonu ərazisində biçin işləri aparan texnika sahibləri və fərdi təsərrüfat sahibləri ilə, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə “Aqroservis” ASC-nin Beyləqan, Xocavənd və Ağdam rayon filiallarında yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbirləri keçirib. Tədbirlər dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilib.

“Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən tədbirlərdə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, ilkin yanğınsöndürmə vasitələrindən, xüsusilə odsöndürən balondan istifadə qaydaları əyani nümayiş etdirilib.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yevlax Dəmiryol stansiyasında yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 26 iyul 2021-ci il tarixində Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri keçirib. ...

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Masallı rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu