Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Quba rayonunun Qəçrəş kəndində yerləşən “Alma Bağı” və “Əfsanə”, həmçinin Şabran rayonu, Qalaaltı kəndində yerləşən “Qalaaltı Hotel and SPA” istirahət mərkəzlərində növbəti maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə obyekt rəhbərlərinin yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıdıqları, bütün işçilərin yanğın təhlükəsizliyi qaydalarını bilmələri və bu qaydalara ciddi şəkildə riayət etmələri xüsusi olaraq vurğulanıb. Eyni zamanda, binanın eləcə də binaətrafı ərazinin təmiz saxlanılması, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması barədə ətraflı söhbət aparılıb, işçi heyətə yanğınların ilkin mərhələdə söndürülməsi üçün nəzərdə tutulmuş avadanlıq və vasitələrdən istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu