Geri

FHN-in çempion əməkdaşı ilə görüş keçirilib

Məlumat verildiyi kimi, 12-14 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə Bakı Su İdman Sarayında açıq hava şəraitində “Stronqmen” güc yarışması üzrə keçirilən Azərbaycan çempionatında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov rekord nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla əlaqədar olaraq 17 iyun 2021-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunda çempion Rövşən Xəlilovla görüş keçirilib. Klubun rəisi polkovnik Füzuli Musayev idmançını qazandığı nailiyyətə görə təbrik edib və qiymətli hədiyyə təqdim edib.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı üçqat Avropa və dördqat Dünya çempionu, fəxri idman ustasıdır.

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 26 iyul 2021-ci il tarixində Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri keçirib. ...

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Masallı rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Tovuz regional Meşə Təsərrüfatı Mərkəzinin Cıdırxan meşəbəyliyinin 15 saylı dolayında “Meşələri yanğından qoruyaq” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib....

Ardını oxu