Geri

FHN-in zabiti yenidən Azərbaycan çempionu olub

12-14 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Strongmen Federasiyasının birgə təşkilatçılığı ilə Strongmen İdman növü üzrə ölkə çempionatı keçirilib. Çempionatda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin zabiti Rövşən Xəlilov da iştirak edib. FHN-in zabiti yarışlarda rekord nəticə əldə edərək yenidən Azərbaycan çempionu olub.

O "loglift", "deadlift" (340 kq ilə rekord) və maşındartma hərəkətində (22 saniyə) 1-ci yeri tutaraq ölkənin sözügedən idman üzrə ən güclüsü olub. Rövşən Xəlilov öz qələbəsini hərbi salamla qeyd etməklə, bu uğuru şəhidlərimizə, qazilərimizə və bütün hərbçilərimizə həsr edib.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı, üçqat Avropa və dördqat dünya çempionu, fəxri idman ustasıdır.

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 26 iyul 2021-ci il tarixində Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri keçirib. ...

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Masallı rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Tovuz regional Meşə Təsərrüfatı Mərkəzinin Cıdırxan meşəbəyliyinin 15 saylı dolayında “Meşələri yanğından qoruyaq” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib....

Ardını oxu