Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Belə ki, Xidmətin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Goranboy şəhər 1 nömrəli və Tərtər rayonu, Xoruzlu kənd tam orta məktəblərinin tikintisində çalışan işçi heyət üçün maarifləndirmə tədbirləri keçiriblər.

Tədbirlərdə tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydaları, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri yanğın təhlükəsizliyi tədbirləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb. Həmçinin, işçi heyətə ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi məsul şəxslərin nəzərinə çatdırılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Masallı rayonu ərazisində yerləşən "Masallı" və Lənkəran şəhərində yerləşən “Luxe Lankaran”, “Mayak” otellərində və “Bəşəru” istirahət mərkəzində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 sentyabr 2021-ci il tarixində Lerik rayon Lüləkəran kənd tam orta məktəbin müəllim kollektivi və texniki işçiləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi taktiki-xüsusi məşğələ keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 6-8 sentyabr 2021-ci il tarixlərində Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri, Mərkəzin xidməti ərazisində yerləşən Biləsuvar, Hacıqabul, Sabirabad və Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstələrinin tərkibində fəaliyyət göstərən xilasedicilərlə birlikdə taktiki-xüsusi məşğələ keçirib. ...

Ardını oxu