Geri

FHN-in idmançıları beynəlxalq turnirdə uğur qazanıblar

25-26 may 2021-ci il tarixlərində Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turniri keçirilib. Turnirdə 38 ölkədən 200 idmançı mübarizə aparıb. Turnirdə paracüdo üzrə milli komandamızın üzvləri olan FHN-in əməkdaşları Xanım Hüseynova, Dursədəf Kərimova, Afaq Soltanova, Vüqar Şirinli və FHN-nin İdman sağlamlıq klubunun üzvü Şəhanə Hacıyeva iştirak edib. Qadınlar arasında -70 kq çəki dərəcəsində komandanın üzvü Xanım Hüseynova bütün rəqiblərinə qalib gələrək qızıl medala, Afaq Soltanova -57 kq çəki dərəcəsində, Şəhanə Hacıyeva isə -48 kq çəki dərəcəsində bürünc medala layiq görülüb. Kişilər arasında mübarizədə -60 kq çəki dərəcəsində Vüqar Şirinli bürünc medalın sahibi olub.

Azərbaycanın paracüdo komandası “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turnirini birinci yerdə başa vurub.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Masallı rayonu ərazisində yerləşən "Masallı" və Lənkəran şəhərində yerləşən “Luxe Lankaran”, “Mayak” otellərində və “Bəşəru” istirahət mərkəzində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 sentyabr 2021-ci il tarixində Lerik rayon Lüləkəran kənd tam orta məktəbin müəllim kollektivi və texniki işçiləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi taktiki-xüsusi məşğələ keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 6-8 sentyabr 2021-ci il tarixlərində Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri, Mərkəzin xidməti ərazisində yerləşən Biləsuvar, Hacıqabul, Sabirabad və Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstələrinin tərkibində fəaliyyət göstərən xilasedicilərlə birlikdə taktiki-xüsusi məşğələ keçirib. ...

Ardını oxu