Geri

FHN-in əməkdaşı beynəlxalq turnirdə gümüş medal qazanıb

Rusiyanın paytaxtı Moskva şəhərində usta cüdoçular arasında beynəlxalq turnir keçirilib. Yarışda Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistan idmançıları ilə yanaşı Azərbaycanın veteran cüdoçuları da mübarizə aparıblar.

Milli komandanın tərkibində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Vüqar Babayev də iştirak edib.

1/8 finalda Ermənistan komandasını 5:0 hesabı ilə məğlub edən usta cüdoçularımız 1/4 finalda Qırğızıstana 5:0, 1/2 finalda isə Tacikistan millisinə 3:2 hesabı ilə qalib gələrək finala çıxıblar. Finalda meydan sahibi olan Rusiya komandasına 2:3 hesabı ilə uduzan millimiz beynəlxalq turnirin gümüş medalını qazanıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Masallı rayonu ərazisində yerləşən "Masallı" və Lənkəran şəhərində yerləşən “Luxe Lankaran”, “Mayak” otellərində və “Bəşəru” istirahət mərkəzində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 sentyabr 2021-ci il tarixində Lerik rayon Lüləkəran kənd tam orta məktəbin müəllim kollektivi və texniki işçiləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi taktiki-xüsusi məşğələ keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 6-8 sentyabr 2021-ci il tarixlərində Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri, Mərkəzin xidməti ərazisində yerləşən Biləsuvar, Hacıqabul, Sabirabad və Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstələrinin tərkibində fəaliyyət göstərən xilasedicilərlə birlikdə taktiki-xüsusi məşğələ keçirib. ...

Ardını oxu