Geri

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər”  mövzusunda seminar keçirilib.

Seminarda Akademiya rəisinin müavini polkovnik İlham Babaşov, fakültə və bölmə rəisləri və türkiyəli psixoloq Səlcuq Dəmirbaş iştirak edib.

Seminarı giriş sözü ilə açan Akademiyanın rəis müavini polkovnik İlham Babaşov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm qətiyyəti, sarsılmaz iradəsi və Azərbaycan ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində  işğal altında olan torpaqlarımız azad olunub. Bu müharibədə qardaş Türkiyə Azərbaycana ən yüksək səviyyədə mənəvi-siyasi dəstək verib. Rəis müavini gənc nəslin, o cümlədən kursantların vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinin vacibliyini qeyd edib.

Psixoloq Səlcuq Dəmirbaş sözügedən mövzuda mövzuda çıxış edib və seminar iştirakçılarının suallarını cavablandırıb. Sonra mövzuya dair müzakirələr aparılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN-in Akademiyasında elmi-praktik konfrans keçirilib

23 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların Vlll elmi-praktik konfransı keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrin kursant və magistrantları iştirak ediblər. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu