Geri

FHN-in Akademiyasında elmi-praktik konfrans keçirilib

23 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların Vlll elmi-praktik konfransı keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrin kursant və magistrantları iştirak ediblər.

Videokonfrans rejimində keçirilmiş tədbiri giriş sözü ilə açan Akademiyan rəisinin müavini polkovnik İlham Babaşov ölkəmizdə gənc nəslin elm və təhsilə cəlb olunması ücün hərtərərfli şəraitin yaradıldığını və bu sahəyə cənab Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Elmi-praktik konfransın əhəmiyyətindən danışan İ. Babaşov qeyd edib ki, digər sahələrdə olduğu kimi, fövqəladə halların idarə olunması sahəsində tətbiq edilən texnologiyaların sürətli inkişafı müşahidə edilməkdədir. Axtarış-xilasetmə sahəsində müasir texnologiyaların tətbiqi yeni uğurların əldə olunması üçün geniş imkanlar yaradır.

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və Təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev konfransda çıxış edərək fövqəladə halların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında elmin və təhsilin əhəmiyyətindən danışaraq konfrans iştirakçılarına uğurlar arzulayıb.

Konfransda FHN-in Akademiyasının kursantları Fuad Mahmudzadə, Emil Rəhimov, Anar Mahmuвzadə, Mirramin Yunusov, DİN-in Polis Akademiyasının kursantı Sənan Mirzəyev, Azərbaycan Tibb Universitetinin magistrantı Əminə  Əliyeva məruzələrlə çıxış ediblər.

Plenar iclasdan sonra konfransın işi bölmə iclaslarında davam etdirilib.

Bölmə iclaslarında kursant və magistrantların müxtəlif mövzular üzrə məruzələri dinlənilib.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər”  mövzusunda seminar keçirilib. ...

Ardını oxu