Geri

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib.

Yarış Cənub Regional  Mərkəzinin inzibati binasının həyətində və Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin Liman bölməsində keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd FHN Cənub Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin növbə rəislərinin metodiki bilik səviyyələrinin yüksəldilməsi, onlara döyüş hazırlığı üzrə məşğələlərin əməli və metodiki baxımdan daha keyfiyyətli keçirilməsi üsullarının öyrədilməsi, xilasedicilərin peşə, fiziki və psixoloji hazırlıqlarının artırılması, xilasetmə işlərinin aparılmasında fərdi və qrup tərkibində fəaliyyətin, xilasetmə texnika və avadanlıqlarından istifadə bacarığı və vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Mərkəz üzrə ən yaxşı xilasedicini müəyyən etmək məqsədilə döyüş hazırlığı üzrə test üsulu ilə imtahan, sıra hazırlığı və fərdi qaydada istifadə olunan alət və avadanlıqlar üzrə bilik və bacarıq səviyyələrinin yoxlanılması məqsədilə məqbullar keçirilib.

Sonda yarışın nəticələrinin qiymətləndirilməsi məqsədilə Mərkəzdə yaradılmış fiziki hazırlıq və idman komissiyası hər bir mərhələni ayrılıqda qiymətləndirib. Bütün təmrinləri daha tez, təhlükəsiz və düzgün icra edən xilasetmə növbəsi və ən yaxşı xilasedici yarışın qalibi adına layiq görülüb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN-in Akademiyasında elmi-praktik konfrans keçirilib

23 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların Vlll elmi-praktik konfransı keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrin kursant və magistrantları iştirak ediblər. ...

Ardını oxu

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər”  mövzusunda seminar keçirilib. ...

Ardını oxu