Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktiki görüş keçirilib

1 aprel  2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev qeyd edib ki, akademiya həm ölkədə, həm də bütövlükdə bölgədə fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yüksək ixtisaslı kadrlar hazırlayan yeganə xüsusi ixtisaslı ali təhsil müəssisəsidir. Akademiya Azərbaycanda fəaliyyət göstərən xüsusi təyinatlı ali təhsil müəssisələri arasında təhsilin məzmununun Bolonya prosesinin prinsiplərinə, tədris prosesinin isə Avropa Kredit Köçürmə Sisteminin tələblərinə uyğun təşkil edilən ilk təhsil ocağıdır. Akademiyanın rəisi bildirib ki, beynəlxalq əlaqələrin genişləndirilməsinə, fövqəladə halların idarə edilməsi üzrə yüksək səviyyəli ixtisaslı kadrların hazırlanması sahəsində zəngin təcrübəyə malik xarici ölkələrin uyğun təhsil müəssisələri ilə təcrübə mübadiləsinə xüsusi diqqət ayrılır.

Kokşetau Texniki İnstitutunun rəisi polkovnik texnika elmləri doktoru Sırım Şaripxanov Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə keçirilən görüşdə müzakirəyə çıxarılmış mövzunun əhəmiyyətindən bəhs edib.

Görüşdə FHN Akademiyasının elmi-tədqiqat şöbəsinin müdiri  texnika elmləri doktoru professor Aydın Qafarov, həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənnləri kafedrasının rəisi polkovnik, texnika üzrə elmlər doktoru dosent  İlqar Dadaşov, Təbiət  və fundamental kafedranın müdiri texnika elmlər namizədi Famil Məmmədov, həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin rəisi polkovnik Elçin Mahmudov, tədris şöbəsinin rəisi polkovnik Ramiz Əsilbəyli çıxış ediblər.

Akademiya rəisinin müavinləri polkovnik Aslan Hüseynov, polkovnik İlham Babaşov və digər əməkdaşlar onlayn görüşdə iştirak ediblər.

Sonda görüşün yekunları ilə bağlı müzakirələr aparılıb, görüşlərin bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarında fəaliyyət göstərən “Aqroservis” ASC-nin filiallarında dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması mövzusunda növbəti yanğına qarşı maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in əməkdaşı beynəlxalq turnirdə gümüş medal qazanıb

Rusiyanın paytaxtı Moskva şəhərində usta cüdoçular arasında beynəlxalq turnir keçirilib. Yarışda Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistan idmançıları ilə yanaşı Azərbaycanın veteran cüdoçuları da mübarizə aparıblar....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. ...

Ardını oxu