Geri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqı 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə videokonfrans formatında tədbir keçirib

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqı tərəfindən videokonfrans formatında tədbir keçirilib.

Videokonfransı açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Nazirliyin qadın əməkdaşlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoşbəxtlik, möhkəm cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayıb. M.İsmayılov Azərbaycan xanımlarının həmişə sədaqət, həya, təmkin, ailəsinin rifahına, qayğısına qalan fədakar, nəcib qadın mücəssiməsi olduğunu bildirib.

Natiq çıxışı zamanı xalqımızın çoxminillik tarixində qəhrəman Azərbaycan qadınının roluna toxunaraq qeyd edib ki, “Azərbaycan qadını tarixin bütün dövrlərində qəhrəman övladlar yetişdirməklə, onlarda Vətənə sevgi və sədaqət hislərini aşılayıb. 44 günlük Vətən Müharibəsində Azərbaycan qadını öz qəhrəmanlıq missiyasını yenə də nümayiş etdirdi. Böyütdüyü övladını Vətənin dar günündə cəbhəyə şərəflə yola saldığının şahidi olduq. Şəhid və qazi anası olaraq bu ağır gündə öz mətin və vüqarlığını nümayiş etdirdi”.

Mehman İsmayılov bildirib ki, Vətən müharibəsində ordumuz onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gələrək, işğal edilmiş torpaqlarımızı qısa müddətdə azad etdi. Qəhrəman Azərbaycan analarının xeyir-duası ilə igid əsgərlərimiz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında düşməni məğlub edərək, şəhidlərimizin qanını yerdə qoymadı, düşməndən intiqamımızı döyüş meydanında aldı. O da vurğulanıb ki, bu gün dövlətimiz şəhid ailələri, müharibə əlilləri və qazilər üçün lazımi diqqət və qayğı göstərir. Təsadüfi deyil ki, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda və digər şəhər və rayonlarımızda yeni mənzillər təqdim edilir, onların sosial problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirilir.

Videkonfransda Azərbaycanda qadına daim böyük ehtiram və hörmət bəslənildiyini xatırladan Mehman İsmayılov müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazıldığını deyib. Bildirilib ki, “Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu, həm bizim tarixi ənənələrimizlə, həm də həyata keçirilən dövlət qadın siyasəti ilə və onlara yaradılan şəraitlə bağlıdır. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Azərbaycan Prezidenti cənab  İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətini görürlər. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə bütün sahələrdə yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır.

Sonda Fövqəladə Hallar Nazirliyinin Aparatı və qurumlarında fəaliyyət göstərən Həmkarlar İttifaqı komitələrinin qadın sədrləri çıxış ediblər.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər”  mövzusunda seminar keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktiki görüş keçirilib

1 aprel  2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib. ...

Ardını oxu