Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi 1 mart –Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə tədbir keçirib

1 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbirdə Şimal-qərb Regional Mərkəzinin və Şamaxı Rayon İcra Halimiyyətinin əməkdaşları iştirak edib.

Toplantının keçirilməsində məqsəd müharibə və dinc dövrlərdə mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili qaydalarına yönəltmək olub.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər”  mövzusunda seminar keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktiki görüş keçirilib

1 aprel  2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib. ...

Ardını oxu