Geri

Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Ucar rayonu 2 saylı regional Sukanal idarəsində və Kürdəmir rayon “ASAN xidmət” mərkəzində "1 mart-Ümumdünya Mülki Müdafiə Günü"nə həsr olunmuş "Milli iqtisadiyyatın qorunmasında güclü mülki müdafiə” mövzusunda nümunəvi tədbirlər keçirilib.

Tədbirlərdə Ümumdünya Mülki Müdafiə Gününün mahiyyətini və mülki müdafiənin rolunu əks etdirən mövzularda çıxışlar edilib.

Qeyd edilib ki, ölkəmizdə təhlükəsiz cəmiyyətin formalaşdırılması istiqamətində görülən işlərdə mülki müdafiə sisteminin rolu danılmazdır. Mülki müdafiə elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə insanların təhlükəsizliyinin təminatı daha mühüm əhəmiyyət kəsb edir.

Bu səpkili tədbirlər regionda yerləşən icra hakimiyyətlərində, təhsil şöbələrində, məktəblərdə, eyni zamanda digər dövlət təşkilatlarında və özəl müəssisələrdə də təşkil edilib.



Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər”  mövzusunda seminar keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktiki görüş keçirilib

1 aprel  2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib. ...

Ardını oxu