Geri

FHN-in Bakı Regional Mərkəzi “1 mart - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 1 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunda “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda nümunəvi tədbir keçirib.

Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə yanaşı, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi və Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları iştirak ediblər.

Toplantıda “Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi və fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması”, “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə”,Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri”, “1 mart-Ümumdünya Mülki Müdafiə Günü və onun qeyd edilməsinin məqsədi” mövzularında çıxışlar edilib, Binəqədi rayonun hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, eləcə də Mərkəzin Xüsusi xilasetmə xidmətinin imkanları barədə məlumat verilib.

Tədbirdə, həmçinin “Fövqəladə halların təsnifatı”, “Fövqəladə hallar zamanı davranış qaydaları (zəlzələ, torpaq sürüşməsi, məişətdə yanğın, dəm qazı, odsöndürən balonlardan istifadə, “112” qaynar xətti”)” mövzularında maarifləndirici videoçarxlar nümayiş etdirilib.

Qeyd edək ki, FHN-in Bakı Regional Mərkəzi paytaxtın rayonlarında yerləşən müxtəlif dövlət təşkilatlarında və özəl müəssisələrdə də (Bakı Şəhər Prokurorluğu, Xəzər rayonu üzrə 181 saylı tam orta məktəb və 10 saylı şəhər xəstəxanası, Xətai rayonu üzrə “Neftqaz” Tikinti Tresti, Nərimanov rayonu üzrə “Azərenerji Komplektləşdirmə” MMC, Nəsimi rayonu üzrə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası, Nizami rayonu üzrə 26 nömrəli Şəhər Poliklinikası, Pirallahı rayonu üzrə 10 saylı Birləşmiş Şəhər Xəstəxanası, Sabunçu rayonu üzrə Kürdəxanı Sağlamlıq Mərkəzi, Suraxanı rayonu üzrə “ATF Şirkətlər Qrupu” MMC, Qaradağ rayonu üzrə Əmirov adına Neft qaz çıxarma İdarəsi, Səbail rayonu üzrə “Security Operation Services” MMC və Yasamal rayonu üzrə Uşaq Nevroloji Xəstəxanası) eyniadlı tədbirlər keçirib.



Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər”  mövzusunda seminar keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktiki görüş keçirilib

1 aprel  2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib. ...

Ardını oxu