Geri

FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) SOCAR-a məxsus olan Suraxanı Neft Nəqletmə Sahəsinin 5 nömrəli Çənlər parkında yanğın-taktiki təlim keçirib. Təlim 3 nömrəli çağırışla “Çənlərdə neft və neft məhsullarının söndürülməsi” mövzusunda keçirilib. Təlimə DYMX-nin SOCAR-ın obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin və Neft Emalı Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin yanğından mühafizə qurumları, Bakının Suraxanı, Sabunçu, Nərimanov, Xətai Rayon Dövlət Yanğından Mühafizə hissələrinin müvafiq qüvvə və vasitələri cəlb olunub. Texniki heyətin və obyekt rəhbərliyinin fəaliyyətinin operativ əlaqələndirilməsinin təşkili, yanğın yerində kəşfiyyatın aparılması və yanğın vəziyyətinin qiymətləndirilməsi, şəxsi heyətin texniki təhlükəsizlik qaydalarına riayət etməsi təlimin əsas məqsədlərindən olub.

Yanğın-taktiki təlim zamanı obyektdə imitasiya olunmuş yanğının söndürülməsi ilə bağlı bütün zəruri tədbirlər görülüb, qarşıya qoyulan məqsədlərə nail olunub.

Sonda şəxsi heyətin yaranmış şəraiti düzgün dəyərləndirmək, həlledici istiqamətləri təyin etmək bacarığı qiymətləndirilib, peşə hazırlığının təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Digər məlumatlar

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə kurslar keçirilib

20-29 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə “qaynaqçı” və “ilməçi-bayraqdar” kursları keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib....

Ardını oxu

FHN Qızılağac Milli Parkında maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ərazisində yerləşən Qızılağac Milli Parkında açıq havada “Meşələri və parkları yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu