Geri

Xilasediciyə Fövqəladə Hallar Nazirliyinin döş nişanı təqdim edilib

İş vaxtından kənar – məzuniyyətdə olarkən 16 fevral 2021-ci il tarixində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində boğulan şəxsi xilas etmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun dalğıcı daxili xidmət çavuşu Dosməmmədov Dosməmməd Qəhrəman oğlu döş nişanı ilə təltif olunub.

Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov göstərdiyi sücaətə görə Dosməmməd Dosməmmədova təşəkkür edərək onun nümunəvi addımının gənclərə örnək olduğunu bildirib.

Daha sonra D.Dosməmmədova “Fövqəladə halların nəticələrini aradan qaldıran iştirakçıya” döş nişanı və vəsiqəsi təqdim edilib.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Masallı rayonu ərazisində yerləşən "Masallı" və Lənkəran şəhərində yerləşən “Luxe Lankaran”, “Mayak” otellərində və “Bəşəru” istirahət mərkəzində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 sentyabr 2021-ci il tarixində Lerik rayon Lüləkəran kənd tam orta məktəbin müəllim kollektivi və texniki işçiləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi taktiki-xüsusi məşğələ keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 6-8 sentyabr 2021-ci il tarixlərində Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri, Mərkəzin xidməti ərazisində yerləşən Biləsuvar, Hacıqabul, Sabirabad və Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstələrinin tərkibində fəaliyyət göstərən xilasedicilərlə birlikdə taktiki-xüsusi məşğələ keçirib. ...

Ardını oxu