Geri

FHN-in Cənub Regional Mərkəzi tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 1 mart 2021-ci il tarixində Lənkəran şəhər Gənclər və İdman idarəsi ilə birgə “1 mart – Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar olaraq “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda videokonfrans formatında tədbir keçirib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidməti Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Lənkəran şəhər Gənclər və İdman idarəsinin, Lənkəran şəhər Təhsil şöbəsinin əməkdaşları, orta ümumtəhsil müəssisələrinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirin keçirilməsində məqsəd müharibə və dinc dövrlərdə mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub.

Tədbir zamanı mülki müdafiənin müxtəlif məsələləri ətrafında fikir mübadiləsi aparılıb, fövqəladə hallar zamanı necə davranmalı, təcili və təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, fərdi mühafizə vasitələri, əhalinin təxliyyəsi, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydaları izah edilib.



Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər”  mövzusunda seminar keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktiki görüş keçirilib

1 aprel  2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib. ...

Ardını oxu