Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsində Şimal Qres adlanan nəzarətsiz qeyri-çimərlik ərazisində boğulan iki şəxsdən birini xilas etmiş Pyotr Anatolyeviç Kuvşinova döş nişanı təqdim edilib.
Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov göstərdiyi sücaətə görə Pyotr Kuvşinova təşəkkür edərək onun nümunəvi addımının gənclərə örnək olacağını bildirib.
Daha sonra P. Kuvşinova “Fövqəladə halların nəticələrini aradan qaldıran iştirakçıya” döş nişanı təqdim edilib.
8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər” mövzusunda seminar keçirilib. ...
Ardını oxu1 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) SOCAR-a məxsus olan Suraxanı Neft Nəqletmə Sahəsinin 5 nömrəli Çənlər parkında yanğın-taktiki təlim keçirib....
Ardını oxu