Geri

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları növbəti kursu uğurla başa vurublar

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Qazdan-tüstüdən müdafiə xidməti (QTMX) struktur bölmələrinin şəxsi heyətinin yararsız mühitdə nəfəs almaq üçün insanların xilas edilməsi, yanğınların söndürülməsi və qəzaların nəticələrinin aradan qaldırılması zamanı döyüş hərəkətlərini təmin edən xidmət növüdür. FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin tərkibində fəaliyyət göstərən Qazdan – tüstüdən müdafiə vasitələri bölməsi (QTMVB) sıxılmış hava aparatlarının təmiri və yoxlanılması, hava balonlarının təkrar doldurulması və sınaqdan keçirilməsi işlərini yerinə yetirir.

FHN DYMX-nin struktur bölmələrinin istismarında və ehtiyatda olan sıxılmış hava aparatlarına yeni müasir avadanlıqlarla təchiz edilmiş QTMVB-si tərəfindən ardıcıl olaraq qulluq göstərilir. QTMVB-nin işinin daha da təkmilləşdirilməsi məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin 23 əməkdaşı 17 fevral 2021-ci il tarixindən 24 fevral 2021-ci il tərixədək Fövqəladə Hallar Nazirliyinin Akademiyasının İxtisasartırma kurslarına cəlb ediliblər. Kurs hazırlığı müddətində əməkdaşlar sıxılmış hava aparatlarının istismar qaydalarını, onların yoxlanılması, mövcud nasazlıqların aradan qaldırılması üzrə üsul və qaydaları öyrəniblər. Kursu müvəffəqiyyətlə bitirmiş əməkdaşlara müvafiq sertifikatlar verilib.

Digər məlumatlar

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər”  mövzusunda seminar keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktiki görüş keçirilib

1 aprel  2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib. ...

Ardını oxu

FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) SOCAR-a məxsus olan Suraxanı Neft Nəqletmə Sahəsinin 5 nömrəli Çənlər parkında yanğın-taktiki təlim keçirib....

Ardını oxu