19 fevral 2021-ci il tarixində “Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantlarının mənəvi-psixoloji hazırlığının artırılması yolları” mövzusunda onlayn seminar keçirilib. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən tədbirin iştiakçıları əvvəlcə Vətən müharibəsindəki döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Seminarı giriş sözü ilə açan Akademiyanın rəis müavini polkovnik İlham Babaşov Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci ilin sentyabrın 27-dən başlanan uğurlu əks-hücum əməliyyatından danışaraq müharibənin böyük zəfərlə başa çatdığını diqqətə çatdırıb. Rəis müavini gənc nəslin, o cümlədən kursantların vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və Psixoloji yardımın təşkili şöbəsinin rəisi mayor Xanım Sofiyeva seminarın əhəmiyyətini və mövzunun aktuallığını xüsusilə qeyd edərək seminarda iştirak edən komandirlərə tabeçiliklərində olan şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması yolları barədə tövsiyələr verib.
Tədbirin sonunda aidiyyəti struktur bölmələrinin rəhbərləri məruzələrlə çıxış ediblər.
8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər” mövzusunda seminar keçirilib. ...
Ardını oxu1 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) SOCAR-a məxsus olan Suraxanı Neft Nəqletmə Sahəsinin 5 nömrəli Çənlər parkında yanğın-taktiki təlim keçirib....
Ardını oxu