Geri

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 24 noyabr 2021-ci il tarixində “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib.

Təlim Regional Mərkəzin Xilasetmə hissəsində şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstrimal şəraitlərdə davranışların, gecə vaxtı fövqəladə halların yaranma ehtimalı olduqda, çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.

Praktiki təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.

Sonda rəhbərlik tərəfindən təlim zamanı həyata keçirilmiş əməliyyatların təhlili aparılıb, müvafiq tapşırıqlar və tövsiyələr verilib.

 

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah edilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xəzər rayonunun Zirə qəsəbəsində kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

FHN Akademiyası kursantlarının Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyası təşkil olunub

FHN Akademiyasının kursantları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ekskursiyada olublar. Ekskursiya kursantlara milli-mənəvi dəyərlərin aşılanması, onların Azərbaycan tarixi ilə bağlı biliklərinin zənginləşdirilməsi və dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədilə təşkil edilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib....

Ardını oxu