Geri

FHN-in əməkdaşları Avropa İttifaqının PPRD East3 Şərq Proqramı çərçivəsində təşkil olunmuş beynəlxaq vebinarda iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriyinin əməkdaşları “İsveçin böhranların idarəedilməsi sistemində qurumlararası əlaqələndirmə və ictimai xəbərdarlığın artırılması” mövzusunda keçirilən vebinarda iştirak ediblər.  İsveçin Mülki Fövqəladə Hallar Agentliyinin (MSB)  tərəfindən təşkil edilmiş vebinara Avropa İttifaqının (Aİ) Şərq və Cənub tərəfdaşlığı, o cümlədən Aİ-yə üzv ölkələrin mülki müdafiə və fövqəladə hallara cavabdeh qurumlarının 50-dən çox nümayəndəsi qoşulub. 

Qeyd edək ki, sözügedən tədbir Avropa İttifaqının “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East3) 3-cü fazası çərçivəsində təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq keçirilib və fəlakət risklərinin idarəedilməsi üzrə nəzərdə tutulan silsilə vebinarlardan biridir.

Vebinarın keçirilməsində əsas məqsəd İsveçin böhranların idarəedilməsi üzrə mərkəzləşdirilməmiş sistemi, o cümlədən İsveçin Mülki Fövqəladə Hallar Agentliyinin (MSB) ictimaiyyətlə qarşılıqlı əlaqəsi və ictimaiyyətlə əlaqələrdə istifadə olunan vasitə və metodlar, habelə, fövqəladə hadisələr zamanı rabitə və qurumlararası koordinasiyanın təşklində qarşıya çıxan problemlərin aradan qaldırılması, qurumlararası əlaqənin böhranlara hazırlıq və preventiv tədbirlərdəki rolu barədə məlumat vermək və eyni zamanda, təcrübə mübadiləsi olub.

Tədbirdə İsveçin Mülki Fövqəladə Hallar Agentliyinin nümayəndəsi və Avropa İttifaqının PPRD East3 şərq proqramının qrup rəhbəri Hanna Norell, İsveçin Mülki Fövqəladə Hallar Agentliyinin Milli və Mülki Müdafiə Əməliyyatları Bölümünün Layihə rəhbəri Susanna Axmaxer və  Böhranlar zamanı məlumatlandırma, Cavab Tədbirləri və Əməliyyatlar İdarəsinin Layihə rəhbəri Josefin Bark mövzuya dair təqdimatlarla çıxış ediblər.

Vebinarın sonunda İsveçin böhranların idarəedilməsi sisteminin əsas fərqli cəhətləri, məqsədyönlü qurumlararası əlaqələndirmənin böhranların idarə edilməsində və cavab tədbirlərindəki rolu və əhəmiyyəti, həmçinin, böhranlar zamanı ictimaiyyətlə rabitə əlaqəsinin etibarlılığı ilə bağlı məsələlər müzakirə olunub.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Göyçayda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçay rayonunda yerləşən Ailə Sağlamlıq Mərkəzində yanğına qarşı maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah edilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xəzər rayonunun Zirə qəsəbəsində kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

FHN Akademiyası kursantlarının Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyası təşkil olunub

FHN Akademiyasının kursantları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ekskursiyada olublar. Ekskursiya kursantlara milli-mənəvi dəyərlərin aşılanması, onların Azərbaycan tarixi ilə bağlı biliklərinin zənginləşdirilməsi və dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədilə təşkil edilib. ...

Ardını oxu