Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmələrinin zəruriliyi vurğulanıb.

Eyni zamanda, binaların, eləcə də binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib. Əməkdaşlarla yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması barədə ətraflı söhbət aparılıb.

Sonra təxliyə planından düzgün istifadə olunmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın vacibliyi diqqətə çatdırılıb və suallar cavablandırılıb.

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 24 noyabr 2021-ci il tarixində “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “New Med” klinikasında yanğına qarşı maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in əməkdaşları Avropa İttifaqının PPRD East3 Şərq Proqramı çərçivəsində təşkil olunmuş beynəlxaq vebinarda iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriyinin əməkdaşları “İsveçin böhranların idarəedilməsi sistemində qurumlararası əlaqələndirmə və ictimai xəbərdarlığın artırılması” mövzusunda keçirilən vebinarda iştirak ediblər.  İsveçin Mülki Fövqəladə Hallar Agentliyinin (MSB)  tərəfindən təşkil edilmiş vebinara Avropa İttifaqının (Aİ) Şərq və Cənub tərəfdaşlığı, o cümlədən Aİ-yə üzv ölkələrin mülki müdafiə və......

Ardını oxu