Geri

Lənkəran rayonunda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 18 oktyabr 2021-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə təbii və texnogen xarakterli fövqəladə hadisələr, onların başvermə səbəbləri və bu hadisələrin qarşısının alınması yolları barədə danışılıb. Həmçinin, fövqəladə hallar baş verdikdə zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatından söz açılıb.

Bundan başqa, tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları barədə də məlumat verilib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “New Med” klinikasında yanğına qarşı maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in əməkdaşları Avropa İttifaqının PPRD East3 Şərq Proqramı çərçivəsində təşkil olunmuş beynəlxaq vebinarda iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriyinin əməkdaşları “İsveçin böhranların idarəedilməsi sistemində qurumlararası əlaqələndirmə və ictimai xəbərdarlığın artırılması” mövzusunda keçirilən vebinarda iştirak ediblər.  İsveçin Mülki Fövqəladə Hallar Agentliyinin (MSB)  tərəfindən təşkil edilmiş vebinara Avropa İttifaqının (Aİ) Şərq və Cənub tərəfdaşlığı, o cümlədən Aİ-yə üzv ölkələrin mülki müdafiə və......

Ardını oxu

FHN-in regional mərkəzlərində Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib....

Ardını oxu