Geri

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin növbəti taktiki-xüsusi təlimi keçirilib

12-14 oktyabr 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. Təlimə Dəstənin idarə heyəti və qrup rəhbərləri, eləcə də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları fövqəladə hallar üzrə yerli idarəetmə orqanı qismində cəlb olunub.

“Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin zəlzələ nəticəsində zərərçəkmiş ölkədə humanitar əməliyyatlarda fəaliyyətinin təşkili” mövzusunda keçirilən təlim zamanı Dəstənin şəxsi heyətinin “İNSARAG” qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi və təlimatlandırılması, təlim iştirakçılarına idarəetmə və qarşılıqlı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, həmçinin onların bu sahələrdə bilik və bacarıqlarının artırılması qarşıya qoyulan əsas məqsədlərdən olub.

12 oktyabr 2021-ci il tarixində Dəstənin idarə heyəti ilə təlimə hazırlıq məqsədilə toplantı keçirilib. Toplantıda Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin vəzifələrinə və fövqəladə hallar zamanı fəaliyyət üzrə sənədlərə diqqət yetirilib, eyni zamanda bundan əvvəl təşkil olunmuş təlimlər, eləcə də Dəstənin şəxsi heyətinin Şimali Makedoniyada keçirilən beynəlxalq təlimdə iştirakı müzakirə olunub, öyrənilmiş təcrübə təlim iştirakçıları ilə bölüşdürülüb.

Təlimin rəhbəri Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin vəzifələri, humanitar əməliyyatlara hazırlıq, fəlakət baş vermiş əraziyə yürüş və axtarış-xilasetmə əməliyyatlarında iştirak zamanı diqqətdə saxlanılması vacib olan məsələlər barədə təlim iştirakçılarını məlumatlandırıb. Üç gün ərzində keçirilən təlimin reallaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Təlimin gedişində şəxsi heyətin nəzəri biliklərinin artırılması məqsədi ilə təqdimatlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra təlimə start verilib. Nazirliyin Mülki müdafiə qoşunlarında reallaşdırılan təlim zamanı şərti olaraq yardım üçün müraciət etmiş ölkədə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından zərərçəkənlərin xilas edilməsi üzrə tədbirlər həyata keçirilib. Həmçinin, yerli fövqəladə hallar orqanı (LEMA) ilə qarşılıqlı fəaliyyət, gömrük və sərhədkeçmə prosedurlarının yerinə yetirilməsi, media nümayəndələrinə müsahibə verilməsi üzrə qaydaların tədrisi diqqət mərkəzində saxlanılıb. Bundan əlavə, fəaliyyət üzrə təhlükəsizlik qaydalarının öyrənilməsinə, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanmasına, beynəlxalq təlimatlarda nəzərdə tutulan fəaliyyətin planlaşdırılması və icrası üzrə plan, məlumat və hesabat xarakterli sənədlərin hazırlanması ilə bağlı bilik və bacarıqların artırılmasına xüsusi diqqət verilib.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. Sonda təlim üzrə fəaliyyətin müzakirəsi məqsədilə toplantı keçirilib, şəxsi heyətə müvafiq tövsiyələr verilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 24 noyabr 2021-ci il tarixində “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “New Med” klinikasında yanğına qarşı maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in əməkdaşları Avropa İttifaqının PPRD East3 Şərq Proqramı çərçivəsində təşkil olunmuş beynəlxaq vebinarda iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriyinin əməkdaşları “İsveçin böhranların idarəedilməsi sistemində qurumlararası əlaqələndirmə və ictimai xəbərdarlığın artırılması” mövzusunda keçirilən vebinarda iştirak ediblər.  İsveçin Mülki Fövqəladə Hallar Agentliyinin (MSB)  tərəfindən təşkil edilmiş vebinara Avropa İttifaqının (Aİ) Şərq və Cənub tərəfdaşlığı, o cümlədən Aİ-yə üzv ölkələrin mülki müdafiə və......

Ardını oxu