Geri

FHN-in karate komandası keçirilən turnirdə uğurla çıxış edib

23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə “Bakı şəhər turniri” keçirilib. 22 komandadan 100-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin karate komandası FHN İdman-sağlamlıq mərkəzinin məşqçi müəllimi Qabil Sayadovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər.

Yeniyetmələr arasında komandanın üzvləri kumite döyüş növündə Murad Quliyev +30 kq, İlkin Səmədov +45 kq, Elşən Şəhniyarov +50 kq, Xədicə Vəkilova +45 kq, Sabina İbrahimova +60 kq (qadınlar arasında) qızıl medal,  Lalə Mirkamal +45 kq, Sadiq Ağayev +35 kq , Vüqar Sayadov +55 kq, Asim Əliyev +60 kq  gümüs medal, Rəşad Rüstəmzadə + 45 kq, Yusif Fərəcov +30 kq, Fariz Fərəcov +35 kq isə bürünc medala sahib olublar.  Kata növündə Lalə Mirkamal +45 kq, Rəşad Rüstəmzadə +45 kq,  Vüqar Sayadov +55 kq, Sabina İbrahimova +60 kq 1-ci yerə, Xədicə Vəkilova +35 kq, Mixail Skorik +40 kq, İlkin Səmədov 2-ci yerə çıxıblar.

Digər məlumatlar

FHN-nin Cüdo komandasının üzvü “İdman ustası” dərəcəsinə layiq görülüb

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi  xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və partlayış hadisələrinin qarşısının alınması məqsədilə, əsasən insanların sıx toplaşdığı məkanlarda, binaların zirzəmi və birinci mərtəbələrində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində yanğına qarşı təbliğat xarakterli maarifləndirmə tədbirləri həyata keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu