Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

28 avqust 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayon Çaylı kəndi və Neftçala rayon Xıllı qəsəbəsində yerləşən “Aqroservis” ASC-də, “Azərpambıq ASK” MMC-nin Şirvan Pambıq Emalı Zavodunda, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad rayon Sabirabad kəndində yerləşən fermer təsərrüfatında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “MKT İK” MMC-nin Ağcabədi Pambıq Emalı zavodunda "Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə pambığın yığılmasına, daşınmasına və emal olunmasına cəlb olunacaq bütün texnikalarının ilkin yanğınsödürmə vasitələri ilə, qığılcımsöndürənlərlə, süpürgələrlə təmin olunmasının vacibliyi vurğulanıb. Pambıq tarlalarının, pambıqqurutma meydançalarının, pambıq emalı zavodlarının ərazisində tonqal və açıq oddan istifadə edilməməsinin, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin dönə bilməsi üçün meydançaların olmasının zəruriliyi izah olunub.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu