Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

27 avqust 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional DYNİ Gəncə regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təcrübə sahəsində, Qarabağ regional DYNİ “Azərpambıq ASK” MMC-nin Bərdə Pambıq İstehsalı və Emalı Zavodunda, Muğan regional DYNİ isə "Aqroservis" ASC-nin Salyan rayon Dayıkənd kəndində yerləşən bölməsində "Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirlərdə pambığın yığılmasına, daşınmasına və emal olunmasına cəlb olunacaq bütün texnikalarının ilkin yanğınsödürmə vasitələri ilə, qığılcımsöndürənlərlə, süpürgələrlə təmin olunmasının vacibliyi vurğulanıb. Pambıq tarlalarının, pambıqqurutma meydançalarının, pambıq emalı zavodlarının ərazisində tonqal və açıq oddan istifadə edilməməsinin, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin dönə bilməsi üçün meydançaların olmasının zeruriliyi izah olunub.

Digər məlumatlar

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu