Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

26 avqust 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan və Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti idarələri "Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda Sabirabad, Saatlı rayon “Aqrolizinq” ASC-nin və Ağsu rayon Pambıq qəbulu məntəqəsinin işçiləri ilə maarifləndirmə tədbiri keçirib.

Tədbirlərdə pambığın yığılmasına, daşınmasına və emal olunmasına cəlb olunacaq bütün kənd təsərrüfatı texnikalarının mütləq ilkin yanğınsödürmə vasitələri ilə, qığılcımsöndürənlərlə, süpürgələrlə təmin olunması, pambıq tarlalarının, pambıqqurutma meydançalarının, pambıq qəbulu məntəqələrinin, pambıq emalı zavodlarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsi qeyd olunub, su mənbələrinə yolların salınması, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının vacibliyi vurğulanıb.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu