Geri

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb. Qərərgahlara İcra hakimiyyətlərinin rəhbər şəxslərii, İcra hakimiyyətlərinin ərazi nümayəndələri, bələdiyyə sədrləri və digər aidiyyətli şəxslər cəlb edilib.

Tərtər rayonunda 18 iyun 2020-ci il, Cəlilabad rayonunda isə 25 iyun 2020-ci il tarixlərində açıq hava şəraitində qərargah üzvlərinin iştrakı ilə xüsusi karantin rejimi qaydalarına riayət etməklə İcra hakimiyyətlərinin və FHN DYNX-nin regional idarələrinin rəhbər işçilərinin təşkilatçılığı ilə müşavirələr keçirilib. Tədbirlərdə əkin sahələrində baş vermiş yanğın hadisələrindən, onların qarşısının alınması məqsədilə görülən işlər barədə qərargah üzvlərinin çıxışları dinlənilib. Müşavirələrdə Aran və Cənub regional Dövlət Yanğın Nəzarəti idarələrinin məsul əməkdaşları tərəfindən taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan yanğına qarşı tədbirlərin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

19 yanvar 2021-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şuşa şəhərində yerləşən ərzaq mağazasında, həmçinin çörək və un məmulatlarının istehsalı sexində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti fəxri fərmanla təltif edilib

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsində şəxsi heyətlə görüş keçirilib...

Ardını oxu

FHN-nin Cüdo komandasının üzvü “İdman ustası” dərəcəsinə layiq görülüb

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi  xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...

Ardını oxu