Geri

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Rayon İcra Hakimiyyətində müvafiq qərargah yaradılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə qərargahda adı çəkilən rayonun əsas xidmət strukturlarının təmsilçiləri, icra hakimiyyəti nümayəndələri, bələdiyyə sədrləri, habelə digər aiddiyyəti şəxslər təmsil olunub.

İyunun 23-də Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun rəhbərliyi ilə qərargahın üzvləri ilə videokonfrans keçirilib. Videokonfransda taxıl və digər dənli bitkilərin biçin mövsümü və meşə zolaqları, meşə yolları, qoruq və parkların, digər torpaqlarla həmsərhəd olan sahələrin yanğın əleyhinə şumlanmasının,  avtomobil yollarının ətrafının ən azı 4 metr enində quru ot və kol-koslardan təmizlənməsinin təşkil edilməsinin əhəmiyyətindən danışılıb.

Videokonfransda FHN DYNX-nin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Orxan Məmmədyarovun yanğın təhlükəsizliyinin təmin edilməsinə dair çıxışı dinlənilib, yanğınların baş verməməsi üçün əsas istiqamətlər konfrans iştrakçılarının nəzərinə çatdırılıb. FHN-in yanğın təhlükəsizliynə dair tövsiyələri diqqətə çatdırılaraq əhalinin aidiyyəti qurumlar tərəfindən maarifləndirilməsi istiqamətində işlərin gücləndirilməsinin, əkin sahələrində yanğına qarşı tədbirlərin tam yerinə yetirilməsinin, texnikaların texniki baxışdan keçirilməsinin və yanğına qarşı alət və vasitələrlə tam təchiz olunmasının vacibliyi vurğulanıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

19 yanvar 2021-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şuşa şəhərində yerləşən ərzaq mağazasında, həmçinin çörək və un məmulatlarının istehsalı sexində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti fəxri fərmanla təltif edilib

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsində şəxsi heyətlə görüş keçirilib...

Ardını oxu

FHN-nin Cüdo komandasının üzvü “İdman ustası” dərəcəsinə layiq görülüb

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi  xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...

Ardını oxu