Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində 2020-ci il üçün mülki müdafiə kurslarının komplektləşdirmə planına əsasən, martın 2-dən 6-dək “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.
Dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsində rolu və zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsinə dair məşğələlər keçirilib. Həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları da diqqət mərkəzində olub. Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilib.
Sonra dinləyicilər xüsusi xilasetmə avadanlıqları ilə yaxından tanış olub, kollektiv mühafizə qurğusu olan sığınacağa baxış keçiriblər.
Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “İnzibati Ərazi Dairələri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən “Yanğınsöndürmə manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...
Ardını oxu