Fövqəladə Hallar Nazirliyninn Şimal Regional Mərkəzində 2020-ci il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən 4-6 mart 2020-ci il tarixlərində "Xilasetmə manqa komandirləri" kateqoriyası üzrə regional mülki müdafiə kursları keçirilib.
Kurslarda dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları və davranış, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsində rolu, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, həmçinin, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları üzrə məşğələlər keçirilib.
Nəzərdə tutulmuş kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər yerli qurumlarının əməkdaşları da tədris prosesində iştirak ediblər.
Tədbirlərin sonunda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...
Ardını oxu