Geri

FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “2020-ci il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən, 2-6 mart tarixlərində “Rərbər heyətin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanılması” proqramı əsasında, “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər” kateqoriyası üzrə Mərkəzin dislokasiya ərazisini əhatə edən rayonların təhsil müəssisələrindəki gənclərin çağırışaqədərki hazırlığı üzrə hərbi rəhbərləri ilə mülki müdafiə kursları keçirilib.

Kurslarda, baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, fövqəladə hadisə zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib, həmçinin xilasetmə alət və avadanlıqlardan istifadə qaydası əyani şəkildə izah edilib.

Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “İnzibati Ərazi Dairələri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən “Yanğınsöndürmə manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu