Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

28 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı Asan Xidmət kompleksində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağstafa rayon Xətai kənd Uşaq bağçasında, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ucar şəhər 1 nömrəli məktəb-liseyində, Mingəçevir şəhər Narkoloji dispanserində, Goranboy rayon Yeniyol kənd tam orta məktəbində, Göyçay şəhərində yerləşən baytarlıq aptek və ərzaq mağazalarında, Kapital bank ASC-nin Tərtər filialında, Yevlax şəhər 2 nömrəli tam orta məktəbində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon Çiçəkli kənd tam orta məktəbində, Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzində, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Oğuz şəhər 3 nömrəli tam orta məktəb-liseyində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanıb.

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktiki məşğələ keçirib

29 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərinin Xəzər dənizinin sahilində yerləşən dövlət çimərliyində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda nəzəri-praktiki məşğələ keçirilib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

30 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Sumqayıt”, “Corat” və “Novxanı” xilasetmə məntəqəsinin ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Yevlax rayon Mərkəzi Xəstəxanasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu