Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

27 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Zərdab şəhər yanacaq doldurma məntəqəsində, Mingəçevir şəhərində yerləşən Ağdam rayon Boyəhmədli kənd xəstəxanasında, Goranbay rayonunda yerləşən Xocalı şəhər 1 nömrəli tam orta məktəbində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Meyniman kənd ümumi tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Alaçadırlı kəndində yerləşən 100 nömrəli Ağdam köçkün tam orta məktəbində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şabran şəhər Peşə məktəbində, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Qax şəhər 6 nömrəli Uşaq bağçasında maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanıb.

Digər məlumatlar

FHN-in zabiti yenidən Azərbaycan çempionu olub

12-14 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Strongmen Federasiyasının birgə təşkilatçılığı ilə Strongmen İdman növü üzrə ölkə çempionatı keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsi əməkdaşlarının iştirakı ilə Qəbələ rayonu, Şahdağ Milli Parkının Qəbələ bölməsinin nümayəndələri üçün, habelə Zaqatala rayonu, Muğanlı meşəbəyliyinin 5 saylı dolayında və Ağsu rayonun meşə ərazilərinə yaxın yerləşən......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi onlayn şəkildə maarifləndirmə tədbiri keçirib

9 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Yardımlı rayon Sırıq kənd tam orta məktəbin müəllim və şagirdləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn formatda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu