Geri

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə kursları davam edir

24-26 fevral tarixlərində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində "2020-ci il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Kəşfiyyat manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursu keçirilib.

Kursda iştirak edən dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları və davranış qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsindəki roluna dair məşğələlər tədris olunub.

Məşğələlərdə, həmçinin dinləyicilərə ilk tibbi yardımın göstərilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, yerli özünüidarəetmə orqanları rəhbərlərinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumatlar verilib.

Nəzərdə tutulmuş kursların yüksək səviyyədə keçirilməsi üçün Aran Regional Mərkəzinin digər struktur bölmələrinin, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti idarəsinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktiki məşğələ keçirib

29 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərinin Xəzər dənizinin sahilində yerləşən dövlət çimərliyində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda nəzəri-praktiki məşğələ keçirilib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

30 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Sumqayıt”, “Corat” və “Novxanı” xilasetmə məntəqəsinin ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Yevlax rayon Mərkəzi Xəstəxanasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu