Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və partlayış hadisələrinin qarşısının alınması məqsədilə, əsasən insanların sıx toplaşdığı məkanlarda, binaların zirzəmi və birinci mərtəbələrində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində yanğına qarşı təbliğat xarakterli maarifləndirmə tədbirləri həyata keçirib.

Tədbirlər zamanı bəzi obyektlərdə propan qaz balonlarından istifadə olunduğu, balonların quraşdırılması və təhlükəsiz istifadə qaydalarının pozulması halları müşahidə edilib.

Xidmətin əməkdaşları tərəfindən həmin obyektlərdə qaz balonlarından istifadəsinin təhlükəli olması barədə söhbətlər aparılıb, bədbəxt hadisələrin baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına riayət olunmanın vacibliyini bir daha cavabdeh şəxslərin diqqətinə çatdırılıb. Aparılan maarifləndirmə söhbətləri nəticəsində 166 propan qaz balonu könüllü olaraq sahibkarlar tərəfindən obyektlərdən uzaqlaşdırılıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi Qaydalarına əsasən mağaza, anbar və ictimai iaşə müəssisələrinin binalarının zirzəmi otaqlarında, habelə insanların sıx toplaşdığı sahələrdə qaz cihazlarından və aparatlarından, habelə qaz balonları ilə işləyən cihazlardan istifadə edilməsi qadağan edilir.

Bu sahədə Dövlət Yanğın Nəzarəti Xidməti qanunamüvafiq tədbirlərini davam etdirir.

 

Digər məlumatlar

FHN-nin Cüdo komandasının üzvü “İdman ustası” dərəcəsinə layiq görülüb

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi  xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...

Ardını oxu

FHN-in karate komandası keçirilən turnirdə uğurla çıxış edib

23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate......

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu