Geri

“Bakı Metropoliteni” QSC-də yanğın-taktiki təlim keçirilib

31 yanvar 2020-ci il tarixində “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın taktiki-təlim keçirib.

Təlimə metropolitenin işçiləri də cəlb olunublar. “Həzi Aslanov” stansiyasının platformasında birinci yolda dayanmış 27 nömrəli marşrutun ikinci vaqonunda baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi yanğın-taktiki təlimin əsas mövzusu olub. Şərti yanğın hadisəsi barədə səs ucaldıcı vasitəsilə yanğın baş verməsi barədə məlumat verilib və metropoliten işçiləri tərəfindən yanğının söndürülməsinə ilkin yanğınsöndürmə vasitələri ilə başlanılıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “101” telefon nömrəsinə yanğın barədə məlumat verilib. Daha sonra Xətai rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın avtomobilləri və canlı qüvvəsi şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək şərti yanğını söndürüblər.

Yanğın taktiki təlim başa çatdıqdan sonra FHN-in əməkdaşları tərəfindən metropoliten işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı döyüş hərəkətləri, metropolitendə yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları bir daha izah edilib.

Digər məlumatlar

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqı 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə videokonfrans formatında tədbir keçirib

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqı tərəfindən videokonfrans formatında tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi 1 mart –Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə tədbir keçirib

1 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbirdə Şimal-qərb Regional Mərkəzinin və Şamaxı Rayon İcra Halimiyyətinin əməkdaşları......

Ardını oxu

Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Ucar rayonu 2 saylı regional Sukanal idarəsində və Kürdəmir rayon “ASAN xidmət” mərkəzində "1 mart-Ümumdünya Mülki Müdafiə Günü"nə həsr olunmuş "Milli iqtisadiyyatın qorunmasında güclü mülki müdafiə” mövzusunda nümunəvi tədbirlər keçirilib.Tədbirlərdə Ümumdünya Mülki Müdafiə Gününün mahiyyətini və mülki müdafiənin rolunu......

Ardını oxu