Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 28 avqust  2019-cu il tarixində Bakı şəhərində yerləşən “Home Bridge Apartments” otelində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tovuz regional Meşə Təsərrüfatı Mərkəzinin Qovlar meşəbəylinin 5 və 6-cı dolayında, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Aveta” MMC-də, Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsində, Yevlax rayon 7 saylı Uşaq bağcasında, Goranboy rayon Veyisli kənd Tibb məntəqəsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad və İmişli şəhərlərində yerləşən taxta emalı obyektlərində, Saatlı rayon Mil-Muğan Meşə Meliorasiya İdarəsində, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələ şəhərində yerləşən Peşə məktəbində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad şəhərində yerləşən Mebel satışı salonunda, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə regional Meşə Təsərrüfatı Mərkəzinin Ağcabədi rayon 1 saylı meşə sahəsinin 3 saylı dolayında, Ağcabədi şəhərində yerləşən “MKT İK” MMC-nin Ağcabədi filialında maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Meşələrdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında məruzələr edilib, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyinə dair ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu