Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib

27 avqust 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Masallı rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirib.

Tədbirdə Masallı regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, kənd icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Seminar-müşavirədə meşəətrafı ərazilərin şumlanaraq minerallaşdırılmış zolaqların yaradılmasının, meşələrdə tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin təhlükəli olduğu xüsusi vurğulanıb, su mənbələrinə yolların salınmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin hovuzların yanında avtomobillərin rahat dönə bilməsi, manevr etmələri üçün meydançaların daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının zəruriliyi qeyd olunub.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu