Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxanalarda maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin növbəti maarifləndirmə tədbirini 14 avqust 2019-cu il tarixində Sumqayıt şəhərinin ərazisində yerləşən "Regnum" otelində keçirib.

Tədbirdə otelin yanğın təhlükəsizliyi barədə geniş söhbət aparılıb, suallar cavablandırılıb. Həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydası əyani şəkildə göstərilib və Xidmət tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri tədbir iştirakçılarına paylanılıb, ”Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası rəhbərliyə təqdim edilib.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktiki məşğələ keçirib

29 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərinin Xəzər dənizinin sahilində yerləşən dövlət çimərliyində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda nəzəri-praktiki məşğələ keçirilib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

30 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Sumqayıt”, “Corat” və “Novxanı” xilasetmə məntəqəsinin ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Yevlax rayon Mərkəzi Xəstəxanasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu