Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti növbəti maarifləndirmə tədbirini 27 iyun 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Azcot Hotel”in əməkdaşları üçün keçirib. Tədbirin keçirilməsində məqsəd mehmanxana və mehmanxana tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə çalışan əməkdaşların maarifləndirilməsi olub.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, mehmanxana və mehmanxana tipli obyektlərin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən “Mehmanxanaların yanğın təhlükəsizliyi“ adlı videoçarx nümayiş olunub. Həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə göstərilib, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış  maarifləndirici yaddaş kitabçası, yanğın təhlükəsizliyi qaydalarından bəhs edən bukletlər paylanılıb. 

 

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu