Geri

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

FHN-in Cənub Regional Mərkəzi 25 iyun 2019-cu il tarixində Yardımlı rayon İcra Hakimiyyətinin akt zalında “Əhalinin fövqəladə hallara hazırlığının artırılması ” mövzusunda müşavirə keçirib.

Müşavirədə FHN-in Mərkəzi Aparatının, Cənub Regional Mərkəzinin, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Yardımlı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Yardımlı rayon İcra Hakimiyyətinin, yerli özünüidarəetmə, icra orqanlarının, müvafiq idarə və müəssisələrin məsul şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan FHN-in Cənub Regional Mərkəzinin rəisi mayor Müsəddiq Əsədov Yardımlı rayon İcra Hakimiyyəti ilə qarşılıqlı fəaliyyətin hazırki vəziyyəti, mövcud əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Daha sonra Yardımlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini –Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamıyev fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində əməkdaşlığın əhəmiyyətindən danışıb, bu sahədə FHN-in Cənub Regional Mərkəzi ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərildiyini diqqətə çatdırıb.

Müşavirədə rayon ərazisində fövqəladə halların qarşısının alınması sahəsində görülmüş işlər, mövcud problemlər, qarşıda duran vəzifələr müzakirə olunub, təkliflər səslənilib, aidiyyəti qurumlara müvafiq tövsiyələr verilib.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu