Geri

FHN-in Qarabağ Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

Mərasimdə FHN-in yerli qurumlarının, Ağdam rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak edib. Çıxış edənlər Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və respublikamızın Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğinin, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyindən ətraflı bəhs ediblər. Yarış iki mərhələdən - kombinə edilmiş yanğın estafeti və maneələr zolağı adlı mərhələlərdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Şuşa rayon 19 nömrəli tam orta məktəbinin komandası I, Ağdam rayonu Quzanlı qəsəbə tam orta məktəbinin və Ağcabədi rayonu Ş. Hüseynov adına şəhər 2 nömrəli tam orta məktəbinin komandaları isə müvafiq olaraq II və III yerə layiq görülüb. Birinci yerin sahibi olan Şuşa rayon 19 nömrəli tam orta məktəbinin komandası ümumrespublika final yarışlarında iştirak etmək hüququnu qazanıb.

Yarışda fərqələnən digər komandaların üzvləri diplom və fəxri fərmanlarla təltif edilib. 

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu