Geri

FHN-in Akademiyasında maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirrliyinin Akademiyasında “Narkotik cinayətkarlığa qarşı mübarizə və sağlam həyat tərzi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznesdir. Narkomaniya təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxıb.

Akademiyanın rəisi bildirib ki, bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə işçiləri birgə mübarizə aparmaqla onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısını ala bilir.

Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili baş polis leytenantı Nadir Məmmədov və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Lətafət Dadaşova Respublikada narkomaniyanın yayılmasına səbəb olan amillər, dövlət səviyyəsində narkomaniya qarşı mübarizədə hüquq mühafizə orqanlarının və səhiyyə işçilərinin qarşısında duran vəzifələrdən bəhs ediblər.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu