Geri

FHN-in Gəncə Regional Mərkəzi “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar tədbirlər keçirib

1 mart 2019-cu il tarixində FHN-in Gəncə Regional Mərkəzinin xidməti ərazilərində fəaliyyət göstərən Tovuz rayonu Puşkin adına tam orta məktəbində, Qazax rayonun “Qaz İxrac” idarəsinin Qazax Magistral Qaz Kəmərləri sahəsində və Qazax Dövlət Sosial İqtisadi kollecində, Ağstafa rayon Mərkəzi xəstəxanasında və 2 nömrəli tam orta məktəbdə, Gədəbəy rayonu Xarxar kənd orta məktəbində, Daşkəsən rayonu A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbində, Göygöl rayonu Toğana Kənd orta məktəbində, Şəmkir rayonu Mərkəzi xəstəxanasında və Kür qəsəbəsi 2 nömrəli tam orta məktəbində, Samux rayonu Sərkar kənd tam orta məktəbində, Gəncə şəhəri SOS uşaq kəndində və 30 nömrəli tam orta məktəbdə “1 Mart -  Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Uşaqların təhlükəsizliyi - Bizim məsuliyyətimiz!” mövzusunda tədbirlər keçirilib.

Toplantılarda “Uşaqların təhlükəsizliyi-bizim məsuliyyətimiz!”, “1 mart - Ümumdünya Mülki Müdafiə Günüdür”, “Azərbaycan Respublikasının Mülki müdafiə sistemi” mövzularında məruzələr edilib. Çıxışlarıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri, “1 mart - Ümumdünya Mülki Müdafiə Günü”nün  qeyd edilməsinin məqsədi, Azərbaycan Respublikasının Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzvlüyü, mülki müdafiə sahəsində görülən işlər haqqında ətraflı məlumatlar verilib. İştirakçılara fərdi mühafizə vasitələrindən istifadə qaydaları, ilkin tibbi yardım, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqda ətraflı məlumatlar verilib, həmçinin qəza-xilasetmə işləri zamanı tətbiq olunan texnika və avadanlıqların funksiyaları izah edilib. Mövzulara aid slaydlar və videoçarxlar nümayiş olunub. Toplantılarda rayon icra hakimiyyətlərinin məsul işçiləri, əlaqədar rəhbər şəxslər, Qızıl Aypara Cəmiyyətinin, rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat nümayəndələri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bundan başqa Qazax Dövlət Rəsm Qalereyasında ümümdünya Mülki Müdafiə gününə həsr olunmuş gənc rəssamların işlərindən ibarət sərgi təşkil olunub.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu